waplog

Azərbaycanda elektron pul kisəsi sistemi tətbiq olunacaq


İnternet vasitəsi ilə alışların ödənilməsi elektron pul kisəsi sayəsində daha səmərəli olur, çünki bu zaman alıcı növbəti alış zamanı öz ünvanı və kredit kartı haqqında informasiyanı daxil etmək zərurəti ilə üzləşmir.
Bu barədə bizə məlumat verən “Silverkey” şirkətinin rəhbəri Fərid İsmayılzadə bildirdi ki, yaxın vaxtlarda ölkəmizdə tətbiq ediləcəyi gözlənilən, nağdsız ödənişlər sisteminin tərkib hissəsi olan elektron pul kisəsi, kredit kartına, elektron pullara dair informasiyanı, habelə istifadəçinin kimliyini təyin edən məlumatları saxlayır, istifadəçinin kimliyini təyin etmək üçün bu məlumatları elektron kommersiya saytındakı məlumatların miqdar hesablayıcılarına təqdim edir.
Qeyd edək ki, elektron pul kisəsində pul bitdikdə bankomatlardan, bank filiallarından, poçt şöbələrindən bura əlavə pul yerləşdirmək mümkün olacaq.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL