Yeni “Samsung Galaxy M10” və “Galaxy M20” smartfonları nümayiş olunub
“Samsung” şirkəti Hindistanda “Galaxy M10” və “Galaxy M20” modellərinin daxil olduğu M seriyalı smartfonlar təqdim edib. Smartfonlar əsas qoşa kamera və damcıvarı şəkilli “infinity-V” ekranı ilə təchiz olunub.
“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, “Galaxy M20” modeli həm sifətin, həm də barmaqların tanınması funksiyasını dəstəkləyir, “Galaxy M10” isə sifətə görə autentifikasiya ilə kifayətlənir. Hər iki smartfon 13+5 meqapikselli əsas qoşa kameraya malikdir.
Məlumata görə, “Galaxy M20” smartfonu “Full HD+” (2340 x 1080 piksel) təsvir ölçülü 6,3 düym diaqonallı ekran, 8 meqapikselli ön kamera, “Exynos 7904, 3” prosessoru və 4 giqabaytlıq operativ və “microSD” formatlı yaddaş kartları ilə 512 giqabayt tutumadək genişləndirmə imkanına malik 64 giqabaytlıq quraşdırılmış yaddaş ilə təchiz edilib. Akkumulyator tutumu 5 min milliamper/saata bərabərdir.
“Galaxy M10” modeli “HD+” (1520 х 720 piksel) təsvir ölçülü 6,22 düym diaqonallı ekran, 5 meqapikselli ön kamera, “Exynos 7870” prosessoru 2 və ya 3 giqabaytlıq operativ və “microSD” formatlı yaddaş kartları ilə 512 giqabayt tutumadək genişləndirmə imkanına malik 16 və ya 32 giqabaytlıq quraşdırılmış yaddaş, 3430 min milliamper/saat tutumlu akkumulyatorla təchiz olunub.
“Samsung Experience 9.5 UX” interfeysli “Android 8.1 Oreo” əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonlar göy və qara rəng variantlarında təklif edilir. “Galaxy M10” smartfonunun 2+16 giqabayt tutumlu versiyasının qiyməti 112 dollar, 3+32 giqabaytlıq versiyasının isə 126 dollar təşkil edəcək. “Galaxy M20” modelinin qiyməti də yaddaş tutumuna (3+32 və 4+64 giqabaytlıq müvafiq olaraq 155 və 183 dollar) görə dəyişəcək.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL