Yeni qurğu kvant internetinin əsasını təşkil edəcək
Kanadalı mühəndislərin fikrincə, onlar tərəfindən yaradılmış foton kvant təkrarlayıcıları gələcək kvant internetinin əsasını təşkil edə bilər.
“ICTnews” Elektron Xəbər Xidməti “naukatv.ru” saytına istinadən yazır ki, Toronto Universitetinin tədqiqatçıları böyük məsafədə kvant kommunikasiyası qurulması üçün lazım olan tamamilə foton kvant təkrarlayıcıları üçün əsas element prototipini işləyib hazırlayıblar. İndiyədək belə kommunikasiya tipinin iş prosesi yalnız kiçik sistemlər üçün nümayiş etdirilib. Beynəlxalq tədqiqatçılar qrupu uzun müddət fiber-optik texnologiyasından istifadə nəticəsində kvant informasiyasının böyük məsafələrə ötürülməsi probleminin həlli üzərində işləyir. Növbəti nəsil retranslyatorlar (təkrarlayıcılar) tamamilə foton kvant təkrarlayıcısı adlandırılır. Onlar standart kvant təkrarlayıcılarının bir çox çatışmazlıqlarını aradan qaldırmalı və ya azaltmalıdırlar.
Yeni foton təkrarlayıcıları iki kubit üçün sadə Bell vəziyyətini təmin etməyə imkan verir. Növbəti nəsil təkrarlayıcılar tamamilə optik olduğundan onlar kvant yaddaşına əsaslanan ənənəvi retranslyatorlardan üstündürlər. Məsələn, yeni metod otaq temperaturunda işləyə bilər. Kvant interneti adi internetdə reallaşdırılması mümkün olmayan (müdaxilə hallarının tamamilə qeyri-mümkünlüyü və ya kvant teleportasiyası) proqramların işini təmin edəcək.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL