waplog

“WhatsApp” messencerində silinmiş mesajları oxumaq üsulu tapılıb


“WhatsApp” messencerinin interfeysinin xüsusiyyətləri istifadəçilərə həmsöhbət tərəfindən silinmiş mesajları oxumağa imkan verir. “Mirror” nəşri sözügedən messencerdə silinmiş mesajları geri qaytarmaq üsulu barədə yazıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, silinmiş mesajların bərpa mexanizmi yazışmaların ehtiyat nüsxəsi funksiyasına əsaslanır.
 
Yazışmada yoxa çıxmış mesajı oxumaq üçün qurğudan “WhatsApp” messencerini silmək, bundan sonra sözügedən messenceri yenidən quraşdırmaq lazımdır. Bu halda çatın arxivi ehtiyat nüsxədən bərpa olacaq.
 
 
Bu üsul o vaxt keçərlidir ki, ehtiyat nüsxə yenilənməyib (bir qayda olaraq, bu proses gün ərzində bir dəfə gecə vaxtı avtomatik baş verir) və qurğu yenidən yüklənməyib.
 
“WhatsApp” messencerində mesaj göndərildikdən sonra 1 saat ərzində onu silmək mümkündür.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL