“Facebook” istifadəçilərdən onların smartfonlarını izləmək hüququnu satın alır
“Facebook” şirkəti sosial şəbəkədən öz tədqiqat layihəsi üçün informasiya mənbəyi kimi istifadə edib.
“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, layihədə yaşı 13-dən 25-dək olan insanlar iştirak ediblər. “Facebook” fərdi məlumatlara giriş üçün 20 dollar ödəyib. Smartfona müdaxilə etmək üçün sosial şəbəkənin VPN-dən istifadə edilib.
“Apple” şirkətinin smartfonları üçün “Onavo Protect” proqramı hazırlanıb, amma tezliklə “Apple” öz qurğularında həmin proqramı bloklayıb.
Proqram mobil trafikə tam giriş imkanı yaratdığına görə “Facebook”un mütəxəssisləri məlumatları deşifr edə və onları təhlil edə bilirdilər.
Bu tədqiqat 2016-cı ildən keçirilir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL