Növbəti “iPhone” modeli daha güclü “3D” kamera ilə təchiz ediləcək
ABŞ-ın "Apple" şirkəti 2020-ci ildə daha güclü üçölçülü kameraya malik yeni "iPhone" smartfonu istehsal etmək niyyətindədir.
"ICTnews" Elektron Xəbər Xidməti "Rambler" resursuna istinadən yazır ki, məlumata görə, kamera şirkət tərəfindən hazırlanan əlavə reallıq texnologiyalarını təkmilləşdirməyə imkan verəcək.
Yeni uzaq məsafəli "3D" kamera 15 fut (təxminən 5 metr) məsafədə işləyə biləcək. Hazırda "iPhone" qurğusunda "Apple Face ID" sifətin tanınması funksiyası işə salınan zaman quraşdırılmış "3D" kameralar 25-50 sm məsafədə iş üçün nəzərdə tutulub. Bundan əlavə, yeni qurğunun yaradılmasında lazer skanerindən istifadə ediləcək.
Şirkət yeni "iPhone" modellərində üçüncü – daha güclü kameradan istifadə etmək niyyətindədir. Əvvəllər "Apple" şirkətinin planlarına yeni "3D" kamera sisteminin 2019-cu ildə buraxılan qurğuların arxa panelində quraşdırılması daxil olsa da, sonradan buna yenidən baxılıb.
Bundan başqa, ABŞ istehsalçısı Yaponiyanın "Sony" şirkəti ilə yeni sistem üçün ötürücülərin sınağı haqqında danışıqlar aparır.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL