waplog

Dünyada ilk dəfə bu ölkədə avtonom işləyən nəqliyyat vasitələri üçün standart qəbul olunub


Sinqapur avtonom işləyən nəqliyyat üçün "Technical Reference 68" (TR 68) adlı milli standart müəyyənləşdirib. Standart adıçəkilən ölkənin yollarında sürücüsüz nəqliyyat vasitəsindən təhlükəsiz istifadə edilməsi üzrə sənəddir. Sənəddə nəqliyyat vasitələrinin davranışına, təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə, məlumatların mühafizəsinə aid prinsiplər qeyd olunub.
 
“ICTnews” Elektron Xəbər Xidməti “tdaily.ru” saytına istinadən yazır ki, son ildə bu standart üzərində həm sürücüsüz nəqliyyat vasitələrini istehsal edən şirkətlərin nümayəndələri, həm də alim və hökumət nümayəndələri gərgin işləyiblər. Sinqapur Yerüstü Nəqliyyat İdarəsi və başqa orqanların birgə bəyanatına əsasən, işə, həmçinin mütəxəssislər cəlb edilib.
 
Sinqapurun avtonom işləyən nəqliyyat vasitələri üzrə komitə sədri deyib ki, sürücüsüz avtomobillərin hərəkətini nəzərdə tutan ilk layihələr 2020-ci ilin əvvəllərində Panqqol, Tenxah və Curonq rayonlarında əlçatan olacaq.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL