Bu il dünyada ilk dəfə kosmik taksi sınaqdan keçiriləcək
Bu ilin martında “Boing” aerokosmik şirkəti “CST-100 Starliner” adlı avtonom işləyən kosmik taksisinin ilk sınaqlarını keçirəcək. Plana görə, sınaqlar vaxtı aparat Beynəlxalq Kosmik Stansiyaya kimi uçacaq və sonra Yer kürəsinə geri qayıdacaq.
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, “Boeing” şirkəti 2010-cu ildən “CST-100 Starliner” kosmik taksisi üzərində işləyir, ancaq kosmik taksi indiyədək heç vaxt kosmosa göndərilməyib. Aparat öz hərəkət sistemi olan, bortunda 7 nəfər daşıya bilən kapsul formasında hazırlanıb. Kosmik taksi “United Launch Alliance” şirkəti tərəfindən hazırlanan “Atlas V” raket daşıyıcısının köməyi ilə orbitə çıxarılacaq.
Plana görə, aparatın ilk sınaq buraxılışı bu ilin martında Kanaveral burnundan həyata keçiriləcək. “Boeing” şirkətinin rəsmiləri bu məlumatı təsdiq ediblər.
Kosmik taksinin bortunda astronavtlarla birgə ilk buraxılışı 2019-cu ilin avqustuna planlaşdırılıb.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL