“Microsoft” uşaqlara onlayn-təhlükəsizliyin qaydalarını öyrədən interaktiv oyun təqdim edib
"Microsoft" şirkəti uşaqlara onlayn-təhlükəsizliyin qaydalarını öyrədən oyun yaradıb.
"ICTnews" Elektron Xəbər Xidməti "belta.by" saytına istinadən yazır ki, ötən il "Microsoft" korporasiyası tərəfindən keçirilmiş araşdırma belə layihənin yaradılmasını zəruri edib. Araşdırmanın nəticəsinə əsasən, əksər hallarda uşaq və yeniyetmələr kibercinayətkarlığın qurbanı olur. Yaşlı nəsillə müqayisədə uşaq və yeniyetmələr kompüter arxasında daha çox vaxt keçirir, müxtəlif saytlara daxil olur, film, musiqi və videoçarxlar yükləyir, sosial şəbəkələrdə ünsiyyət saxlayır və naməlum istinadlara keçid edirlər.
"Chatterbox" layihəsi belə yaranıb. Bu, interaktiv təlimdir. İstifadəçilər qaydaları özündə faydalı məsləhətlər saxlayan kartlardan ibarət masaüstü oyun prosesində öyrənirlər: müxtəlif hesablar üçün fərqli parollar yaratmaq, sosial şəbəkələrdə yad şəxslər tərəfindən dostluq müraciətini qəbul etməmək, naməlum istinadlara keçid etməmək, antivirus proqramlarını müntəzəm yeniləmək və internetə təhlükəsiz qoşulmadan istifadə etmək.
Tərtibatçılar hesab edirlər ki, valideyn və müəllimlər interaktiv oyunun köməyi ilə uşaq və yeniyetmələrə internet məkanda təhlükəsizlik prinsiplərini aydın izah edə biləcəklər.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL