waplog

Çində “3D” printerdə körpü çap edilib


Çinin Şanxay şəhər parkında 26 metr uzunluğunda və 5 ton ağırlığında üçölçülü printerdə çap edilən ilk körpünün rəsmi açılışı olub. Kanal üzərindən qeyri-adi keçid 35 günə hazırlanıb. Körpü üçün istismar müddəti də nəzərdə tutulub: mütəxəssislərin sözlərinə görə, yeni arxitektura elementinin istismar müddəti 30 il təşkil edir.

"ICTnews" Elektron Xəbər Xidməti "Rambler" resursuna istinadən yazır ki, betondan ibarət körpü Sinhua Universitetinin Pekin Arxitektura Məktəbinin tələbələrinin rəhbərliyi ilə ərsəyə gətirilib. Tikili robotlaşdırılmış ələ malik iki üçölçülü çap sistemindən istifadə edilməklə hazırlanan 176 beton blokdan ibarətdir. Layihə müəllifləri yaşı 1400 ildən çox olan Çinin ən qədim Antszi körpüsünün tağ formasını təkrarladıqlarından xüsusi qürur hissi duyurlar.

Maraqlıdır ki, çap edilmiş körpünün yaradılması ənənəvi tikinti ilə müqayisədə üçdə bir dəfə ucuz başa gəlib. Dizaynerlərin sözlərinə görə, xərcləri ilk növbədə armatur və tir atılmaya vəsaitlərin az sərf edilməsi sayəsində azaltmaq mümkün olub.

Hazırda müəlliflər əmin olmaq istəyir ki, layihə həm iqtisadi baxımdan sərfəli, həm də uzunmüddətlidir. Bu səbəbdən körpüyə vaxt ötdükcə betonun deformasiyasını izləyəcək monitorinq sistemi quraşdırılıb.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL