waplog

“İnnovativ ideyaların biznesə çevrilməsi” mövzusunda məlumat sessiyası keçirilib


8 fevral 2019-cu il tarixində “İdeyadan biznesə” layihəsi çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun təşəbbüsü və Azərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan Tibb Universitetində “İnnovativ ideyaların biznesə çevrilməsi” mövzusunda məlumat sessiyası keçirilib.
 
 
Görüşdə startap, innovasiya, innovativ sahibkarlıq, intellektual biznes mövzuları üzrə məlumat verilib. Fondun nümayəndəsi çıxışında görüşün məqsədi və Fondun startap layihələrinə göstərdiyi dəstək barədə söz açıb. Daha sonra Fondun fəaliyyətini, maliyyə mexanizmlərini, qrant müsabiqələrində iştirak və güzəştli kreditlərin verilmə qaydalarını əks etdirən təqdimat nümayiş olundu. Həmçinin, “İdeyadan Biznesə” layihəsi çərçivəsində Bakı şəhəri və respublikanın 7 regionunu əhatə edən startap turları haqqında məlumat verilib.
 
Daha sonra isə Fondun maliyyələşdirdiyi “MedNot” və Yüksək Texnologiyalar Parkının rezidenti olan “Sağlam yaşam platforması” startaplarının təqdimatı keçirilib.
 
 
Layihə rəhbərləri iştirakçılara ideyadan necə biznes qurduqları barədə tərcrübələrini bölüşüblər.
 
 
Tələbələrin tibb və səhiyyə xidmətləri sahəsində olan ideyaları ətrafında maraqlı diskussiyalar aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.











NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL