Piter Norton – Humanist proqramçı
Piter Nortonun adı kompyuterlə maraqlanan hər bir kəsə tanışdır. Belə ki, o, “Norton Commander”, “Norton Utilities”, “Norton Disk Doctor”, “Norton İnternet Security” və digər məşhur proqram məhsullarının yaradıcısıdır.
Norton həm də fərdi kompyuterlər haqqında "İBM PC-in daxilində", "OS/2-nin daxilində" və "Proqramçının məlumat kitabçası" kitablarının müəllifi kimi tanınır.
Piter Norton 1943-ci il, noyabrın 14-də Aberdin şəhərində (Vaşinqton ştatı) doğulub. Portlend şəhərində (Oreqon ştatı) Rid kollecini bitirib. Sonra Berklidə riyaziyyat ixtisası üzrə Kaliforniya Universitetinə daxil olub.
Gələcək proqramçının kompyuterlə ilk tanışlığı çox gənc ikən – sığorta şirkətində mövsümi əməkdaş kimi işləyən zaman baş verib. O, ilk kompyuteri olan “İBM PC”-i satışa çıxan kimi əldə edir. Piter Norton kompyuterlə işləməyə başlayır və proqramlaşdırmanın incəliklərinə müstəqil şəkildə həvəslə yiyələnir.
Universiteti qurtarana yaxın artıq o, Cənubi Kaliforniyada aerokosmik şirkətdə proqramçı işləyirdi. 70-ci illərin sonlarında Norton, aerokosmik sənayedə çalışan bir çox başqa mütəxəssislər kimi işsiz qalır. Piter azad proqramçı olmağa qərar verir. Amma sifarişləri yerinə yetirmək onunçun darıxdırıcı və yorucu idi.
1982-ci il, günlərin birində Piter təsadüfən sərt diskdən vacib məlumatı özündə saxlayan faylı silir. O aşkar edir ki, itirilmiş fayla olan informasiya izsiz yox olmadı — o, sadəcə, kompyuterin başqa yaddaş sahəsinə keçdi.
O fikirləşir: “ Təsadüfən itirilmiş informasiyanı bərpa etmək olmazmı? Axı biz yazı masasından kağızı zibil səbətinə atanda, o, izsiz yox olmur”. Bu ideyadan ilham alan Norton öz proqramını yazır.
Proqram "kompyuterin zibil səbətində axtarmağa" və itirilmiş məlumatları tapmağa imkan verirdi. Piter onu "Unerase" adlandırır. Bu proqram müasir proqram-utilitlərin nümunəsi oldu.
Norton deyirdi: “... 1982-ci ildə mən təsadüfən silinmiş faylı bərpa etməyə icazə verən “Unerase”-ın öz yeni proqramını yazdıqda çoxları elə düşünürdü ki, bu cür proqramlara ehtiyac yoxdur.
Amma mən onu bilirdim, bu mən və dostlarım üçün necə dəyərlidir. Bir müddətdən sonra hamı itirilmiş məlumatları bərpa etmək imkanına malik olmağın əhəmiyyətini anladı. “Unerase” faktiki olaraq PC üçün proqram vasitələri bazarının xidmət proqramları bazarı adlanan yeni sektorunu formalaşdırdı.
1982-ci ildə Piter hazırladığı proqram məhsullarının kütləvi təqdimat və satışını təşkil etmək üçün “Norton Compuiting” şirkətini yaradır. 1986-cı ildə şirkət bazara “Norton Commander”-in (NC) əməliyyat qabığını buraxdı. Bu da İT sahəsində kifayət qədər mühüm hadisə idi.
Maraqlıdır ki, 1987-ci ilə qədər kompyuter viruslarının mövcudluğu imkanını rədd edən, onu “mif” adlandıran Norton məşhur antivurus proqramı (Norton İnternet Security) hazırlayaraq istifadəçilərin ixtiyarına verib.
1989-cu ildə şirkətin satış həcmi 25 milyon dollar təşkil edib. 1990-cı ildə Peter Norton “Computing İncorporated” proqram təminatının istehsalı üzrə böyük Kaliforniyanın “Symantec Corp” şirkətinə satıb.
İndi o, - kompyuter texnologiyaları sahəsində ekspert, kitabları milyonlarla tirajla çap olunmuş müəllif, “Symantec Corp” Direktorlar Şurasının üzvüdür.
Norton korporasiyanın proqramçıları ilə işləməyə davam edir, əsas da strateji məsələlərin həlliylə məşğul olur. Norton bildirir ki, o, həyatının qalan hissəsini istirahətə, ailəsinə və müxtəlif hobbilərə həsr etməyi düşünür.
Norton — incəsənətin və elmin böyük həvəskarıdır. 1989-cu ildə Piter həyat yoldaşı İlin Harris ilə birlikdə "Norton Family Foundation"-un əsasını qoyub. Onlar humanitar layihələrin həyata keçirilməsinə il ərzində təqribən 1,5 milyon dollar vəsait sərf edirlər.
Fond tez-tez QİÇS-lə mübarizə, yoxsullara dəstək, kimsəsiz insanların müdafiə məsələləri ilə məşğul olan fondlara maliyyə cəhətdən kömək edir. Norton cütlüyü, həmçinin, ABŞ-ın bir neçə muzeyinə maliyyə dəstəyi göstərir.
“ARTNEWS” jurnalı dünyanın 200 ən məşhur kolleksiyaçısı siyahısına Nortonu da daxil edib. Nortonlar ABŞ-da ən çox müasir incəsənət kolleksiyasına sahib ailədir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL