waplog

“Google” şirkəti öz axtarış sistemi üçün 9,5 milyard dollar ödəyib


2018-ci ildə “Google” şirkəti öz axtarış sisteminin “iOS” sisteminin idarəetməsi altında işləyən qurğularda  başlanğıc ayar kimi istifadəsinə görə “Apple”a təxminən 9,5 milyard dollar ödəniş edib. Bu, “Apple”ın bütün xidmət gəlirinin 20%-i deməkdir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, bundan əvvəl “Android” sistemində “Java” proqramlaşdırma kodundan istifadəyə görə “Oracle” şirkəti ilə təhqiqat çərçivəsində məhkəmə sənədlərindən məlum olub ki, 2014-cü ildə “Google” şirkəti “Apple Safari” brauzerinin mobil versiyasında axtarış sisteminin başlanğıc ayar kimi istifadəsinə görə 1 milyard dollar ödəniş edib. 2017-ci ildə “Bernstein”in analitiki Toni Sakkonaqi bu məbləğin 3 milyard dollar olması haqqında məlumat verib.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL