Cinayətkarların yaxalanmasında əl təsvirlərindən istifadə ediləcək
Böyük Britaniyanın Lankaster Universitetinin tədqiqatçıları əllərin təsvirinin köməyilə cinayətkarları yaxalamağa imkan verəcək texnologiya üzərində işləyirlər.
“ICTnews” Elektron Xəbər Xidməti “naukatv.ru” saytına istinadən yazır ki, alimlərin iddiasına əsasən, yeni texnologiya tamamilə yeni biometrik imkanlar təqdim edəcək. Damarların təsviri, dəri büküşləri, çapıqlar, tatuirovkalar və piqmentasiyanın kombinasiyası insanın eyniləşdirilməsi üçün əsas biometriya kimi istifadə olunur. Əvvəllər cinayətkarları ifşa etmək üçün məhkəmədə bu metodlardan uğurla istifadə edilib. Layihə insanın kimliyini hərtərəfli müəyyənləşdirmək üçün "sərt biometriya" (barmaq izləri) ilə "yumşaq biometriya”nı birləşdirəcək. Hazırda müxtəlif sahələri təmsil edən 5 min tədqiqatçı (anatomistlər, antropoloqlar, genetiklər, bioinformatiklər, qrafik mütəxəssislər və İT mütəxəssisləri) birgə açıq mənbə kodlu proqramın yaradılması üzərində işləyir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL