“AOL”, “Microsoft” və “Yahoo” şirkətləri reklam müqaviləsi bağlayıblar
“AOL”, “Microsoft” və “Yahoo” şirkətləri veb-reklam bazarında “Google” və “Facebook”a qarşı rəqabət mübarizəsində səylərini birləşdiriblər.
Bağlanmış müqavilənin şərtlərinə əsasən, tərəflər bir-birilərinin onlayn meydançalarında qrafik reklam elanları satacaqlar. Razılaşma hələ ki yalnız Amerika bazarına aiddir. Lakin gələcəkdə Kanada və digər ölkələrdə də əməkdaşlıq planlaşdırılır.
“EMarketer” şirkətinin hesablamalarına əsasən, “AOL” şirkətinin Amerikanın qrafik reklam bazarındakı payı cari ildə 4.8%-dən 4,2%-ə qədər, “Microsoft” korporasiyasının mövqeyi 5,1%-dən 4,9%-ə qədər, “Yahoo” şirkətinin payı isə 14,4%-dən 13,1%-ə qədər azalacaq.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL