Süni yarpaqlar qlobal istiləşmə ilə mübarizədə kömək edəcək
Süni yarpaqlar fotosintez prosesini təqlid edir, amma bunu yalnız laboratoriyada edə bilərlər, çünki rezervuarlarda təzyiq altında saxlanılan təmiz karbon qazından istifadə edilir. İllinoysk Universitetinin tədqiqatçıları tərəfindən təklif edilmiş həll süni yarpaqları laboratoriyadan təbii mühitə çıxara bilər.
“ICTnews” Elektron Xəbər Xidməti “naukatv.ru” saytına istinadən yazır ki, mütəxəssislər adi süni yarpağı yarımkeçirici membrandan hazırlanmış və su ilə doldurulmuş şəffaf kapsula bağlamağı təklif edirlər. Günəş işığı ilə isidilən membran suyun buxarlanmasına imkan verir. Su membrandan keçərkən havadan karbon qazını çəkir. Kapsulun daxilindəki süni fotosintez bloku karbon dioksidi monooksidə çevirən katalizatorlarla örtülmüş işıq uducusundan ibarətdir. Monooksidi çıxardaraq müxtəlif sintetik yanacaq növlərinin hazırlanmasında əsas kimi istifadə etmək olar. Ayrılan oksigen ətraf mühitə buraxılır.
Hesablamalara görə, uzunluğu 1,7 metr, eni 0,2 metr təşkil edən 360 yarpaq gün ərzində təxminən yarım ton karbon oksidi istehsal edəcək.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL