waplog

Dünyada ilk “5G”-kinoteatr istifadəyə verilib


Norveçin “Telia” mobil rabitə operatoru Osloda “Odeon” kino mərkəzi ilə birgə “5G” şəbəkəsi vasitəsilə ekrana ötürülən filmləri izləmək üçün ilk kinoteatr istifadəyə verib. Bu, dünyada bir ilkdir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, “Telia” operatoru yayım üçün videofaylların ötürülmə sürətini 2,2 Qbit/san-yə çatdırıb ki, bu da adi “4G” şəbəkələrinin buraxılış qabiliyyətindən 20 dəfə yüksəkdir.
 
“4G” şəbəkəsi 720p təsvir ölçülü çarxların yayımı üçün kifayət edir. 4K formatlı filmlərin yayımı üçün kinoteatrlara ya genişzolaqlı internet, ya da yüksək ötürmə sürətinə malik sistemlər, məsələn, “5G” şəbəkəsi lazımdır.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL