Dünyanın ən yaxşı smartfonları məlum olub
“Business Insider” nəşri dünyanın 20 ən yaxşı smartfonunu açıqlayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, birinci yeri gözlənilmədən “OnePlus 6T” tutub. Smartfon yüksək səviyyəli suyadavamlılıq və simsiz enerjitoplama kimi imkanlara malik olmasa da, qiyməti 550 dollar təşkil etməklə estetik görünüşlüdür, yaxşı şəkil çəkir, sürətli işləyir və enerjini tez toplayır.
İkinci pillədə qalın çərçivəli və “LCD” ekranlı “iPhone XR” modeli qərarlaşıb. Üçüncü mövqedə mobil bazarda ən yaxşı kameralı və “Android” sistemli “Google Pixel 3” və “Pixel 3 XL” qərarlaşıb.
Sonrakı pillələrdə müvafiq olaraq “Samsung Galaxy Note 9”, “iPhone XS” və “iPhone XS Max”, “LG V40”, “iPhone X”, “Samsung Galaxy S9 Plus”, “iPhone 8 Plus”, “Samsung Galaxy S9”, “Huawei Mate 20 Pro”, “iPhone 8”, “LG G72, “Razer Phone 2”, “HTC U12+”, “Galaxy S8” və “S8 Plus”, “iPhone 7 Plus”, “Moto G6”, “Moto Z3” və “BlackBerry Key2” modelləri qərarlaşıb.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL