“Robopark”ın yetirməsi “Sabahın alimləri”nin qalibi oldu
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və BMT-nin İnkişaf Proqramının birgə dəstəyi ilə ötən il 23 nömrəli tam orta məktəbdə yaradılmış “Robopark” robotexnika laboratoriyasında təcrübə qazanan Sahib Zülfüqar oğlu Xanzadə “Sabahın alimləri” VIII Respublika müsabiqəsində III yerə layiq görülüb.
23 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi olan Sahib sözügedən müsabiqədə “Ağıllı eynək – Eyecare” adlı layihəsi ilə qalib olub.
Riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilən müsabiqədə “Ağıllı eynək – Eyecare” layihəsi mühəndislik bölməsində uğur qazanıb.
Qeyd edək ki, “Robopark” robotexnika laboratoriyasında 7-9-cu sinif şagirdləri üçün informatika, proqramlaşdırma və robot texnikası üzrə dərnək şəkilində məşğələlər təşkil olunur, robotların yaradılması, onların idarə olunması üçün proqramlaşdırma sirləri öyrədilir. Məqsəd məktəblilərin müasir elmi-texniki biliklərinin, yüksək texnologiyalar sahəsinə marağın artırılması, robot texnika üzrə prototiplərin hazırlanması və eyni zamanda sınaqların keçirilməsinə imkan yaratmaqdır.
Məlumat üçün bildirək ki, “Sabahın alimləri” müsabiqəsi Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev Mərkəzi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilib.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL