Kənar enerji mənbəyi olmadan işləyən süni intellekt sisteminə malik videokamera yaradılıb
ABŞ-ın “Xnor” startapı "sonsuz" avtonom işləmə müddətinə malik süni intellekt sistemli simsiz videomüşahidə kamerasının prototipini hazırlayıb. Günəş enerjisi ilə işləyən qurğu uzun müddət təsviri yaza bilər.
Süni intellekt sistemli kamera tamamilə müstəqildir: batareya və kənar enerji mənbəyi lazım deyil. Aparat bir sıra enerji-effektiv simsiz protokollar ilə (Wi-Fi protokolu enerjini sürətlə işlətdiyinə görə dəstəklənmir) uyğundur ki, bu da bir neçə kilometri əhatə edən radiusda məlumat ötürməyə imkan verir.
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, məlumatların işlənməsi və təhlili qurğuda həyata keçirilir: “FPGA” mini-çipi və obyektlərin tanınması üçün güclü alqoritm bu işdə kömək edir. Təsvir 320x320 piksel ölçüsündə yazılır. Lakin bu təsvir ölçüsü süni intellektdən hərəkət detektoru kimi istifadə etmək üçün kifayətdir.
“Xnor” startapının hazırlanmasının qiyməti təxminən 10 dollar təşkil edir. Amma startap, hələ ki, kütləvi istehsala hazır deyil: süni intellektli kamera tərəfindən çəkilən kadrların tezliyi qəbul olunan enerjinin həcmindən çox asılıdır. Aydın havada video 32 kb/s sürətlə yazılır, amma qurğuya böyük ölçülü fotoelement quraşdırmaqla bu məhdudiyyəti aradan qaldırmaq mümkün olacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL