waplog

“Ericsson”: “Avropa “5G” şəbəkəsinin inkişafında geri qalır”


İsveçin “Ericsson” şirkətinin rəhbəri Berye Ekholm “Financial Times” qəzetinə müsahibədə Avropanın artıq simsiz məlumat ötürmənin inkişafında lider mövqelər tutmadığını və beşinci nəsil mobil rabitə şəbəkəsinin (5G) tətbiqində dünyanın bir sıra regionlarından geri qaldığını bildirib.

“ICTnews” Elektron Xəbər Xidməti “TASS” resursuna istinadən yazır ki, onun sözlərinə görə, Avropa əvvəllər simsiz rabitə texnologiyalarında dünya lideri olub, lakin bu gün qitə kimi geri qalır. O qeyd edib ki, Avropa “5G” şəbəkəsinin tətbiq edilməsi sürətində əksər ölkələrdən və bir sıra regionlardan geridədir. “5G” şəbəkəsinin tətbiqi ABŞ, Avstraliya və Asiyada tam sürətlə gedir. Avropanın əksər ölkələri isə hətta tezlikləri satmayıb”, – “Ericsson” rəhbəri vurğulayıb.

B.Ekholmun fikrincə, inkişafa mane olan amillərdən biri Çinin “Huawei” şirkətinin bəzi Avropa ölkələrində “5G” şəbəkəsinin tətbiqində iştirakına qoyulan mümkün qadağa ətrafında gərginlik olub. “Reuters” agentliyinin məlumatına görə, “Huawei” şirkətinin Avropada əsas rəqibləri Finlandiyanın “Nokia” və İsveçin “Ericsson” istehsalçılarıdır.

“5G” mövcud “4G” şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan “4G” şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı “5G” şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL