Marsa pilotlu uçuş 2030-cu illərin ortalarında baş tuta bilər
Marsa pilotlu ekspedisiya 2030-cu illərin ortalarında həyata keçirilə bilər. Bunadək isə belə uçuş üçün texnologiyaların sınaqdan keçirilməsi tələb olunur. Bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) direktoru Cim Braydenstayn bildirib.
“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, agentlik direktorunun sözlərinə görə, “Curiosity” və “Opportunity” aparatları, eləcə də “Mars InSight” stansiyası vasitəsilə aparılan tədqiqatlar Marsın tarixi və geoloji quruluşu barədə yeni məlumatlar əldə etməyə imkan verib. “Onlar göstərir ki, Mars səthində mürəkkəb üzvi birləşmələr mövcuddur. Bu, Marsda həyatın mövcud olmasını deməyə əsas verməsə də, orada həyat üçün komponentlər var”, – C. Braydenstayn qeyd edib.
Məlumata görə, “NASA” 2020-ci ilədək Mars səthinə informasiyanın toplanılması üçün daha bir aparat göndərməyi planlaşdırır. Onun əsasında alimlər tərəfindən uzaq keçmişdə Marsda mümkün yaşayışın mövcudluğu, eləcə də gələcəkdə planetdə insanın yaşamaq imkanı qiymətləndiriləcək. “Marsa pilotlu ekspedisiyanın 2030-cu illərin ortalarında göndərilməsi nəzərdə tutulur. Biz bu proqrama beynəlxalq tərəfdaşlar cəlb edərək ora robot və aparatlar göndərməyi düşünürük”, – “NASA” direktoru əlavə edib.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL