İşıqforlarda gözləməyi aradan qaldıran texnologiya hazırlanıb
“Audi” şirkəti tərəfindən hazırlanmış sistem avtomobilin hərəkət sürətini elə hesablayır ki, sürücü həmişə işıqforun yaşıl işığında yolu keçsin. Beləliklə, vaxt və yanacağa qənaət edilir. Amma “Green Light Optimization Speed Advisory” (GLOSA) funksiyası yalnız bəzi modellərdə və ABŞ-ın bəzi şəhərlərində əlçatandır.
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, “GLOSA” – bu, avtomobilin şəhərin nəqliyyat infrastrukturuna qoşulmasına və nişan, yol nişanları və işıqforların iş rejimi haqqında informasiyanı oxumasına imkan verən sistemə bir əlavədir.
“GLOSA” sistemi avtomobilin bortunda qurulmuş mobil “4G”-moduldan siqnalı qəbul edir və növbəti işıqforadək məsafəni nəzərə alaraq sürət rejimini hesablayır ki, sürücü həmişə yaşıl işıqda yolu keçə bilsin.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL