waplog

“Ericsson” şirkəti “5G” üçün yeni texnologiyalar nümayiş etdirib


Beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) kommersiya istifadəsinə verməyə hazırlaşan İsveçin “Ericsson” şirkəti onun üçün yeni həllər təqdim edib. “5G Platform” adlı həllə “5G” şəbəkələrinin effektivliyini, çevikliyini, rəvan inkişafını, eləcə də miqyaslanmasını təmin edən yeni məhsullar daxildir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Servernews” resursuna istinadən yazır ki, şirkət tərəfindən “bulud” nüvəsi (Cloud Core) üçün həllər çeşidinə həm avtonom, həm də avtonom olmayan “5G” arxitekturaları dəstəkləyən 7 yeni məhsul də daxil edilib. Bundan başqa, servislərin fasiləsiz fəaliyyəti üçün əvvəlki arxitekturaların dəstəyi nəzərdə tutulub.

İkirejimli “Dual-mode 5G Cloud Core” “bulud” “5G” nüvəsi “bulud” texnologiyalarında iş üçün optimallaşdırılıb ki, bu da buraxılış qabiliyyətinin avtomatik idarəetməsini, əməliyyatların effektivliyini və fasiləsiz yerinə yetirilməsini təmin edir. Nüvədə “5G” ssenari tələblərinə uyğun yüksək məhsuldarlığa malik istifadəçi müstəvisi və innovativ slaysinq və periferiya hesablamalarının istifadəsi üçün açıq “API” interfeysləri nəzərdə tutulub.
 
Bundan başqa, şirkət istismar prosesinin sadələşdirilməsi üçün avtomatlaşdırılmış quraşdırma xidməti nümayiş etdirib. “Ericsson Dynamic Orchestration” adlı servis “5G” xidmətlərinin sürətli tətbiqi məqsədilə yeni şəbəkə seqmentlərinin yaradılması, sınağı və qurulması prosesinin avtomatlaşdırılmasını təmin edir.

Burada müxtəlif istehsalçıların avadanlıq və həlləri əsasında qurulan hibrid şəbəkələr üçün nəzərdə tutulan əks əlaqəli avtomatlaşdırılmış süni intellekt texnologiyaları tətbiq edilib.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL