Alaq otlarını tapıb məhv edən kənd təsərrüfatı robotu təqdim edilib
Avstraliyalı mühəndislər tərəfindən təqdim edilmiş “SwagBot” adlı kənd təsərrüfatı robotu kompüter görmə texnologiyasının köməyi ilə özü alaq otlarını tanıya və onları herbisidlərlə çiləyə bilər.
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, “SwagBot” kənd təsərrüfatı robotu 2016-cı ildən istifadə edilir, yenilənmiş qurğu özü alaq otlarını məhv edə bilir. “SwagBot” robotunun tanıdığı alaq otlarının sayı barədə dəqiq məlumat yoxdur. Qurğunun təsvirində deyilir ki, alqoritm Cənubi Amerikada olan “Nassella trichotoma” adlı alaq otlarını dəqiq tanıyır.
“SwagBot” robotu uzun fırlanan təkərləri olan düzbucaqlı formasında hazırlanıb. Qurğu lidar, kamera və idarə sisteminə malik antena ilə təchiz edilib. Bundan başqa, mərkəzi hissənin altında herbisid tozlandırıcısından ibarət balon yerləşir.