waplog

Dünya mobil internet trafikinin həcmi 1 zettabayta çatacaq


"Cisco" şirkəti 2022-ci ilədək dünya mobil internet trafikinin illik həcminin 1 zettabayta (270 bayt) çataraq qlobal IP trafikinin təxminən 20 faizini təşkil edəcəyini proqnozlaşdırır. Bu, 930 eksabayta bərabərdir və 2012-ci ildə generasiya edilən bütün trafikdən 113 dəfə çoxdur.

"ICTnews" Elektron Xəbər Xidməti "Searchengines" resursuna istinadən yazır ki, bununla yanaşı, 5 il ərzində dünyada mobil qurğu istifadəçilərinin sayının 5,5 milyard təşkil edəcəyi gözlənilir. 2017-ci ildə bu göstərici 5 milyard olub.

Bildirilir ki, smartfonlardan istifadənin çoxalması ilə yanaşı, şirkət "Əşyalar interneti" (IoT) qurğularının populyarlığının davamlı yüksələcəyini və mobil şəbəkələrdə məlumatların ötürülmə sürətinin 3 dəfə artacağını proqnozlaşdırır.  

"Cisco" şirkətinin qiymətləndirməsinə görə, 2022-ci ilədək internetə qoşulan "Əşyalar interneti" qurğularının sayı 12 milyardı ötəcək ki, bu da 2017-ci ilin nəticəsindən 3 milyard çoxdur.

Bundan əlavə, 2022-ci ildə "5G" şəbəkəsinin tətbiqi sayəsində qlobal mobil şəbəkənin orta sürəti 2017-ci ildəki 8,7 Mbit/saniyədən 28,5 Mbit/saniyəyədək yüksələcək.

"5G" şəbəkəsinin populyarlığına baxmayaraq "Wi-Fi" yaxın gələcəkdə əksər insanlar üçün əsas internetə qoşulma üsulu olaraq qalacaq. Şirkətin qiymətləndirməsinə görə, 5 il sonra "Wi-Fi" şəbəkəsinin bütün mobil internet trafikində payı 59 faiz təşkil edəcək. 2017-ci ildə bu göstərici 54 faizə bərabər olub.

Xatırladaq ki, Beynəlxalq Telekommunikasiya İttifaqının qiymətləndirməsinə görə, 2018-ci ilin sonunda dünyada internet istifadəçilərinin sayı 3,9 milyard və ya planet əhalisinin 51,2 faizini təşkil edib.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL