waplog

Ötən il dünyada smartfon satışı 3 faiz azalıb


2018-ci ildə dünyada smartfonlara tələbat 2017-ci illə müqayisədə 3 faiz – 1,44 milyard ədədədək azalıb. Bu barədə “GfK” şirkətinin tədqiqatında deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, tədqiqata görə, smartfonlar ötən il istehlakçıların qlobal məişət texnikası və elektronika bazarında ümumi xərclərinin əsas hissəsini təşkil edib. 2019-cu ildə isə bazarda 1 faiz artım gözlənilir.

Şirkətin məlumatına görə, ötən il 522 milyard dollar dəyərində smartfon satılıb ki, bu da 2017-ci ilin göstəricisini 5 faiz üstələyib. Pul ifadəsində satış həcminin artımı bahalı modellər üçün davam edən dünya trendi ilə əlaqədardır. Belə ki, 2018-ci ildə satılan smartfonların təxminən 12 faizinin (bir il əvvəl 9 faiz) qiyməti 800 dollardan baha olub. Satılan texnikanın təqribən 46 faizi (2017-ci ildə 44 faiz) bir ədəd üçün 150-400 dollar təşkil edən orta qiymət seqmentinə aiddir.

Dördüncü rübdə dünyada smartfonun orta qiymətində 2 faiz – 384 dollaradək azalma qeydə alınıb.
Tədqiqatda, həmçinin vurğulanır ki, daşınan qurğulara tələbat 16 faiz, satış həcmi isə 35 faiz yüksəlib.

2018-ci ildə dünya smartfonlar bazarında əsas istehlakçı ölkə Çin olub. Bundan başqa, bu, qlobal səviyyəyə daxil olan Çin brendləri üçün yerli bazardır. Belə ki, ötən il Çin brendli smartfonların 40 faizi ölkə xaricində satılıb.

Tədqiqatda qeyd olunur ki, 2018-ci ilin dördüncü rübündə Çində tələbatın 19 faiz azalması qlobal göstəricilərə əhəmiyyətli dərəcədə təsir göstərib. İnkişaf etməkdə olan Asiya ölkələrində (+13 faiz), eləcə də Mərkəzi və Şərqi Avropada (+3 faiz) artım tempinin davam etməsi ötən ilin dördüncü rübündə Çindəki tənəzzülü qismən kompensasiya edib.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL