Yeni “Samsung” smartfonları rəsmən təqdim edilib
“Samsung” şirkəti “Android 9.0” (Pie) əməliyyat sisteminin idarəetməsi ilə işləyən orta səviyyəli “Galaxy A30” və “Galaxy A50” smartfonlarını rəsmən təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, yeni qurğular 6,4 düym diaqonallı “Full HD+ Infinity-U Super AMOLED” ekranı ilə təchiz edilib. Displeyin təsvir ölçüsü 2340 × 1080 piksel təşkil edir. Bundan başqa, “Galaxy A50” versiyasında barmaq izi skaneri birbaşa ekrana quraşdırılıb.
“Galaxy A30” smartfonu 1,8 QHs takt tezlikli səkkiznüvəli “Exynos 7870” prosessoruna, 3 və ya 4 giqabaytlıq operativ yaddaş, 32 və ya 64 giqabayt tutumlu quraşdırılmış yaddaşa malikdir. Arxada 16 və 5 milyon pikselli ötürücülərə malik qoşa kamera yerləşir. Ön kameranın təsvir ölçüsü 16 milyon pikselə bərabərdir. Qurğuya arxa daktiloskopik sensor quraşdırılıb.
Daha güclü “Galaxy A50” smartfonu 2,3 QHs takt tezlikli səkkiznüvəli “Exynos 9610” prosessoru ilə təchiz edilib. Alıcılar 4 və 6 giqabaytlıq operativ yaddaş və müvafiq olaraq 64 və 128 giqabayt tutumlu quraşdırılmış yaddaşa malik versiyalar arasında seçim edə bilərlər. Əsas kamera 25, 8 və 5 milyon pikselli sensorlara malik 3 blok şəklində hazırlanıb. Ön kamerada 15 meqapikselli matrisadan istifadə edilir.
Hər iki qurğu “Wi-Fi 802.11ac” və “Bluetooth 5” adapterləri, GPS/GLONASS qəbuledicisi, “NFC” modulu, “USB Type-C” portu, FM radio, “microSD” çıxışı və qulaqcıq üçün 3,5 millimetrlik çıxışla təchiz olunub. Akkumulyator batareyasının tutumu 4 min milliamper/saat təşkil edir. Smartfonların qabaritləri 158,5 × 74,7 × 7,7 millimetrə bərabərdir.
Martın ortalarında satışa çıxarılacaq “Galaxy A30” və “Galaxy A50” smartfonlarının qiyməti sonra açıqlanacaq.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL