“Virgin Galactic” şirkəti ilk sərnişini kosmosa çıxarıb
“Virgin Galactic” raket təyyarəsi sınaqçı sərnişinlə ilk dəfə yerətrafı orbitə çıxıb.
“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, iki füzelyaja malik “White Knight Two” raketdaşıyıcısı ötən həftənin cümə günü Kaliforniyadan start götürərək təxminən 13 km hündürlükdə “SpaceShipTwo” sərnişin gəmisini havaya buraxıb. Bundan sonra kosmik gəmi Yer üzərindən 89,9 km hündürlükdə katapult edib. İlk sınaqçı sərnişin qismində astronavt təlimatçısı Bet Mozes çıxış edib. Hazırda kosmik biznesdə “Blue Origin” və “SpaceX” kimi şirkətlərlə rəqabət aparan “Virgin Galactic” korporasiyasının təsisçisi Riçard Brenson bildirib ki, 2019-cu ilin ortalarında ilk “SpaceShipTwo” kommersiya reysinin ilk sərnişini olmağı planlaşdırır.
Bildirilir ki, fərdi şəxslərin daşınması üçün göyərtəsində ekipaj olan kosmik gəmi ilk dəfə elə həddə çatıb ki, ABŞ Kosmik Agentliyi (NASA) onu kosmosun sərhədi kimi müəyyənləşdirib. Məşhur aktyorlar daxil olmaqla 58 ölkədən 600-dən çox insan “Virgin Galactic” suborbital reysləri üçün planlaşdırılan uçuşlar üçün ödənişlər ediblər. Bir sıra bilet sahibləri reysin uçuşunu 14 ildən çoxdur gözləyir. Uçuş 90 dəqiqə davam edəcək və sərnişinlərə bir neçə dəqiqə ərzində çəkisizlik vəziyyətində qalmağa və Yer kürəsini kosmosdan görməyə imkan verəcək. Biletin ilkin qiyməti 250 min dollar təşkil edir. Ekspertlərin fikrincə, gələcəkdə qiymət arta, daha sonra azala bilər.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL