waplog

Ötən ilin ən yaxşı smartfonu açıqlanıb


“Mobile World Congress 2019” beynəlxalq sərgisinin münsiflər heyətinin qərarı ilə “Huawei Mate 20 Pro” 2018-ci ilin ən yaxşı smartfonu seçilib. Bu barədə tədbirin saytında deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “RİA Novosti” resursuna istinadən yazır ki, fevralın 25-28-də Barselonada keçirilən sərgi çərçivəsində telekommunikasiya sahəsi üzrə ekspertlər, jurnalistlər, mobil operatorlar tərəfindən 30-dan çox nominasiyada qurğular, proqram və mobil texnologiyalar qiymətləndirilib.

Ən yaxşı smartfon adına “iPhone XS Max”, “Google Pixel 3”, “OnePlus 6T” və “Samsung Galaxy Note 9” smartfonları da namizəd olub.

Ötən il bu nominasiyada “iPhone X” modeli qalib gəlib.

“Huawei Mate 20 Pro”, həmçinin daha əvvəl “Business Insider” nəşrinin versiyasına görə, dünyanın ən yaxşı smartfonlar iyirmiliyində yer alıb. Nəşr tərəfindən ən yaxşı qurğu Çinin “OnePlus 6T” smartfon modeli seçilib.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL