waplog

Daha məhsuldar smartfonlar istehsal ediləcək (VİDEO)


Bu gün “ARM” şirkəti mobil qurğularda istifadə üçün nəzərdə tutulmuş yeni nəsil “Mali-T658” qrafik çipini yaratdığını elan edib. Britaniya istehsalçısının sözlərinə əsasən, yenilik əvvəlki nəsil “Mali-400” çipindən 10 dəfə daha məhsuldardır.

“ARM” şirkətindən qeyd ediblər ki, 8 nüvə ilə təchiz edilmiş “Mali-T658” çipi qrafikanı “Sony PlayStation 3” konsolu səviyyəsində nümayiş etdirməyə qadirdir. Bu halda çip az enerji istehlakı sərf edir.

“Mali-T658” çipinin hazırlanması 2 il çəkib. Britaniya şirkəti hələ “Mali-T658” çipinin hansı məhsullarda quraşdırılacağını və bazara nə vaxt çıxarılacağını bildirməyib.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL