waplog

Yeni “Twitter” funksiyası arzuolunmaz şərhləri gizlətməyə imkan verəcək


“Twitter” mikrobloqlar servisi istifadəçilərə dərc edilən məlumatlar altında arzuolunmaz şərhləri gizlətməyə imkan verən yeni funksiya hazırlayır.

“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, funksiyadan “Paylaş” düyməsinə basmaqla yararlanmaq mümkün olacaq.

Yenilik barədə şirkətin məhsullar üzrə baş meneceri Yasmin Hak “Twitter” hesabında bildirib. Onun sözlərinə görə, istifadəçilər mövcud komandalar vasitəsilə məlumatları mənfi rəylərdən tam qoruya bilmirlər. Məsələn, dərc edilən məlumatlar üçün cavablardan şikayət etmək yalnız onlar şirkətin qaydalarını pozduqda mümkündür. Yeni funksiya mikrobloqların moderasiya imkanlarını genişləndirməyə şərait yaradacaq.  

Bununla yanaşı, xoşagəlməz cavablar tam silinməyəcək. Belə ki, digər istifadəçilər “Gizlədilmiş tvitləri göstər” funksiyası vasitəsilə məlumatı dərc edən tərəfindən gizlədilən şərhlərə baxa biləcəklər.  

İstifadəçilər şərhlərin gizlədilməsi barədə məlumatlı olmaqla təhqiramiz davranışdan yayınmaq imkanı əldə edəcəklər.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL