waplog

Daxili barmaq izi skanerinə malik bank kartı hazırlanıb


Rəqəmli təhlükəsizlik sahəsində fəaliyyət göstərən Hollandiyanın “Gemalto” şirkəti daxili barmaq izi skanerinin köməyi ilə ödəniş etməyə imkan verəcək debet kartı hazırlayır.
 
“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, bu futuristik ödəniş texnologiyası növbəti ay real şəraitdə sınaqdan keçiriləcək: Britaniyanın “Natwest” bankının öz müştəriləri üçün çıxardığı 200 sınaq kartının köməyilə PIN kod daxil etmədən təmassız NFC ödənişləri həyata keçirmək mümkün olacaq.
 
“Gemalto” şirkətinin nümayəndələri iddia edirlər ki, barmaq izi ilə bağlı  məlumatlar yalnız kartda saxlanılır: deməli, hakerlər həmin informasiyanı konkret bankın məlumat bazasından oğurlamaq imkanına malik olmayacaq. 

 
Emil Hüseynov




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL