NASA planetin ucqar ərazilərini “5G” rabitəsi ilə təmin edə bilən pilotsuz təyyarəni sınaqdan keçirəcək
Yaponiyanın “SoftBank” texnologiya nəhəngi tərəfindən NASA və ABŞ-ın “AeroVironment” aerokosmik şirkəti ilə əməkdaşlıq çərçivəsində hazırlanmış və günəş enerjisi ilə işləyən böyükölçülü pilotsuz təyyarə dünyanın istənilən nöqtəsini “5G” rabitəsi ilə təmin edə bilər.
“ICTnews” Elektron Xəbər Xidməti “unian.net” saytına istinadən yazır ki, “Hawk 30” – 10 elektrik mühərriki ilə təchiz edilmiş və 20 km-dən çox hündürlükdə uça bilən pilotsuz uçan aparatdır. Pilotsuz təyyarənin qanadları əyilmiş konstruksiyaya malik olacaq.
Noyabrda NASA ilə imzalanmış kosmik akt haqqında razılaşmaya uyğun olaraq, sınaq pilotsuz təyyarəsi ilk dəfə bu həftə Kaliforniyada Uçuş Tədqiqat Mərkəzində havaya qalxa bilər.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL