waplog

“Xiaomi” şirkəti “Black Shark 2” adlı güclü oyun smartfonu təqdim edib


“Xiaomi” şirkəti “Black Shark” adlı oyun smartfonunun ikinci nəslini təqdim edib. Bu, ötən il təqdim edilmiş “Black Shark” və “Black Shark Helo” smartfonlarının varisidir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, “Black Shark 2” smartfonu “Full HD+” (2340x1080 piksel) təsvir ölçülü 6,39 düymlük ekran, 48+12 MP-lik ikiqat əsas kamera və 20 MP-lik ön kamera, həmçinin sürətli enerjidoldurma funksiyasına malik 4000 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.
 
Aparat, həmçinin “Qualcomm Snapdragon 855” prosessoru, 6/8/12 QB-lıq əməli və 128/256 QB-lıq daxili fləş yaddaşa malikdir. 2 ədəd SIM kart, “4G VoLTE”, “Wi-Fi” (802.11ac), “Bluetooth 5”, “GPS+QLONASS” texnologiyaları dəstəklənir, “USB Type-C” portu mövcuddur.
 
Barmaq izi skaneri ekranın alt hissəsinə keçirilib.
 
Smartfon “Android 9.0 Pie” əməliyyat sisteminin idarəetməsi altında işləyir. Aparatın ölçüləri 163,61x75,01x8,77 mm, çəkisi isə 205 qr-dır.
 
“Black Shark 2” smartfonu qara, gümüşü və göy rəngli korpuslarda təklif edilir.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL