“Airbus” dronu yükləri gəmilərə çatdırmağa başlayıb
“Airbus” şirkəti pilotsuz uçan aparata yükləri yanalma körpüsündən gəmilərə çatdırmağa imkan verən test proqramını işə salıb. Texnologiya Sinqapurda sınaqdan keçirilir.
“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, “Airbus” sınağı “Wilhelmsen Ships Services” logistika şirkəti və Sinqapur hökuməti ilə birgə həyata keçirir. Dronun ilk uçuşu ötən cümə baş tutub – “Skyways” pilotsuz uçan aparatı gəmiyə üçölçülü çap obyektlərinin daxil olduğu 1,5 kiloqramlıq yükü çatdırıb.
Məlumata görə, testlər dronun “Marina South Pier” yanalma körpüsündən uçuşunu və təxminən 1,5 km məsafəyə – lövbərdə dayanan gəmiyədək pilotsuz uçuşu nəzərdə tutur: aparat yükü göyərtədə qoyduqdan sonra sahilə qayıdır. Uçuş müddəti 10 dəqiqə təşkil edir.
“Airbus” şirkəti mütəxəssislərinin sözlərinə görə, “Skyways” dronları sahildən 3 km uzaqda dayanan gəmilərə 4 kiloqramadək yüklər çatdırır. Aparatlar avtonom rejimdə xüsusi hava dəhlizləri ilə hərəkət edirlər. Gələcəkdə “Airbus” dronların şəhər şəraitində sınağını planlaşdırır. Bundan başqa, tezliklə Sinqapur Milli Universiteti ilə testlərin başlanılması nəzərdə tutulur.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL