waplog

Dünyada ilk dəfə cərrah internet vasitəsilə beyin əməliyyatı edib


Çinin Sanyan şəhərində dünyada ilk dəfə xəstədən 3 min km uzaqda olan cərrah xəstənin beyninə çip quraşdırmağa nail olub.

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, əməliyyat Çin Azadlıq Ordusunun Haynan əyalətində yerləşən Baş Hospitalının doktoru Linq Jipey tərəfindən həyata keçirilib. O, əməliyyat palatasında quraşdırılan ekranlara qoşularaq xəstənin beyninə Parkinson xəstəsinin vəziyyətinin müəyyənləşdirilməsi üçün lazım olan dərin stimulyasiya çipini yerləşdirib.

Maraqlıdır ki, rabitə üçün beşinci nəsil mobil rabitə texnologiyası (5G) ilə işləyən mobil internetdən istifadə olunub. Bu, videosiqnalın ötürülməsində mənfi nəticələrə səbəb ola biləcək fasilələrin yaranmasının qarşısını almağa imkan verib. Xəstə əməliyyatdan sonra özünü yaxşı hiss etdiyini bildirib.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL