waplog

Robot hakim kiçik iddialar üzrə mübahisələrə baxacaq


Estoniyada süni intellektlə işləyən robot hakim yaradılacaq. Belə ki, ölkənin Ədliyyə Nazirliyi məlumatların toplanılması üzrə baş mütəxəssisə belə robotun yaradılması üçün müraciət edib.

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, robot hakim yalnız 7 min avroyadək olan kiçik iddialar üzrə mübahisələri həll edəcək. Məhkəmə sisteminə süni intellektin tətbiqinin dövlət aparatının yükünü xeyli azaltmağa imkan verəcəyi gözlənilir.

Məlumata görə, bu il başlayacaq test rejimində kontraktlarla bağlı mübahisələrə baxılacaq. Hər iki tərəf bütün lazımi sənədləri və digər müvafiq informasiyanı yüklədikdən sonra süni intellekt qərarlar qəbul edəcək. Həmin qərarlardan isə sonradan məhkəməyə şikayətlə müraciət etmək mümkün olacaq.

Hüquqşünas və hakimlərin rəyin alındıqdan sonra sistemə müvafiq düzəlişlərin ediləcəyi planlaşdırılır.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL