“5G” kommersiya şəbəkəsində məlumatlar 1 Qbit/saniyə sürətlə ötürülüb
“KT Corporation” (KT) və “Samsung Electronics” şirkətləri kommersiya tipli beşinci nəsil mobil rabitə şəbəkəsində (5G) məlumatları saniyədə 1 qiqabit sürətlə ötürüblər.
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, testlər 2018-ci il dekabrın 1-dən etibarən kommersiya əsasında istifadə edilən və eyni anda “4G/LTE” və “5G” standartlarını dəstəkləyən Seul (Cənubi Koreya) şəbəkəsində aparılıb.
Bildirilir ki, şəbəkə “Samsung 5G NR” avadanlığından istifadə edib. Sınaqlar zamanı 3,5 QHs tezlik diapazonundan istifadə olunub. Abunəçi terminalı qismində isə “Galaxy S10 5G” smartfonu tətbiq edilib.
Nəticədə abunəçi tərəfinə məlumatın ötürülmə sürəti 1 Qbit/saniyə təşkil edib. İstifadəçilər tərəfindən şəbəkəyə quraşdırılan “5G” texnologiyasının üstünlüklərinin yazın sonunadək qiymətləndiriləcəyi gözlənilir.
Qeyd edək ki, aprelin 5-də satışa çıxarılacaq “Galaxy S10 5G” smartfonu “Snapdragon 855” prosessoru, “Snapdragon X50 5G” modemi, 3040 × 1440 pikselli 6,7 düym diaqonallı “AMOLED” ekran, 4 əsas kamera, 2 ön kamera, eləcə də 4500 milliamper/saat tutumlu akkumulyator ilə təchiz edilib. Smartfonun qiyməti 1300–1350 dollar təşkil edəcək.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL