waplog

Çində robot keşikçi sınaqdan keçirilir


Pekində ucaldılmış Meyyuan yaşayış kompleksində Pekin Avtomatlaşdırılmış Aerokosmik İdarəetmə institutunun mühəndisləri tərəfindən hazırlanmış “Meibao” adlı robot keşikçi sınaqdan keçirilir. Robot gecələr yaşayış kompleksinin ərazisinə keşik çəkəcək, şübhəli insanları müəyyənləşdirdikdə bu barədə polis işçilərinə məlumat verəcək.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, bu robot keşikçini əvəz edəcək: o, gecələr yaşayış kompleksinin ərazisinə keşik çəkəcək və sifətin tanınması texnologiyasının köməyi ilə sakinləri müəyyənləşdirəcək. “Meibao” adlı robot ərazidə kənar insan görüb onu şübhəli hesab etdikdə dərhal idarəetmə mərkəzinə siqnal göndərəcək.
 
Sözügedən robotun yaradıcıları bildiriblər ki, qurğu yalnız insanlara reaksiya göstərməyəcək, həm də yanğın təhlükəsi və başqa təhlükələr haqqında xəbərdarlıq edəcək.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL