2019-cu ildə Avropa blokçeyn texnologiyasına 800 milyondan çox dollar xərclənəcək
“IDC” analitik şirkətinin məlumatına görə, Avropa bazarında blokçeyn həllərinin inkişafı bir qədər gec başlansa da, amma indi region blokçeyn texnologiyasına yatırılan investisiyaların artım tempinə görə ön sıralarda yerləşir. Ekspertlərin proqnozuna görə, 2019-cu ildə Avropada blokçeyn texnologiyasına xərclər 800 milyon dolları ötəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, proqnozu şərh edən “IDC”nin böyük analitiki Karl La Kroçe bildirib ki, İT xidmətləri (konsaltinq və autsorsinq daxil olmaqla), heyətin təlimi və hazırlığı blokçeyn texnologiyasına xərclərin artımında əsas rol oynayacaq. Gözləntilərə görə, 2019-cu ildə Avropada blokçeyn texnologiyasına xərclərin təxminən 63%-i İT xidmətlərinin payına düşəcək.
Avropada bank və maliyyə sektoru blokçeyn həllərə xərclər üzrə lider olacaq. Gözləntilərə görə, 2019-cu ildə bütün xərclərin 33%-i onun payına düşəcək.
Blokçeyn texnologiyasına xərclər istiqamətində sığorta sektoru ən sürətlə inkişaf edən sektor olacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL