Mobil telefonların qlobal satış həcmi 1,9 milyard səviyyəsində qalacaq
Yeni mobil telefonlara tələbat azalır. “CCS Insight” tədqiqat şirkətinin proqnozuna görə, 2019-cu ildə təxminən 1,8 milyard aparat satılacaq ki, bu da 2018-ci ilin göstəricisindən 3% daha azdır. Bu, mobil telefonlardan istifadə müddətinin artması, Çinin iqtisadiyyatının zəifləməsi, başqa böyük bazarlarda makroiqtisadi və siyasi qeyri-sabitlik ilə izah edilir.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, bundan əvvəl analitiklər hesab edirdilər ki, 2022-ci ilədək mobil telefonların qlobal satış həcmi 2 milyarda yaxınlaşacaq, ancaq “CCS Insight” şirkətinin yeni proqnozuna görə, 2023-cü ilədək bu bazarın həcmi 1,9 milyard səviyyəsində saxlanılacaq.
Gözləntilərə görə, 2019-cu ildə Hindistanda təxminən 320 milyon mobil telefon satılacaq ki, bu da 2018-ci illə müqayisədə 5% daha yüksək göstəricidir. Təxmin edilir ki, 2023-cü ilədək Hindistan mobil telefonların satış həcminə görə Çinə yaxınlaşacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL