“LG G8 ThinQ” smartfonu nə vaxt satışa çıxarılacaq?
"LG" şirkəti yeni "G8 ThinQ" smartfonunun aprelin 11-dən etibarən satışa çıxarılacağını açıqlayıb.
"ICTnews" Elektron Xəbər Xidməti "DNI24" resursuna istinadən yazır ki, 6,1 düym diaqonallı çərçivəsiz "OLED" ekrana malik model "Snapdragon 855" prosessoru, 6 giqabaytlıq operativ, 128 giqabaytlıq quraşdırılmış yaddaş ilə təchiz edilib. Yeni smartfon "Android 9.0 Pie" əməliyyat sisteminin idarəetməsi ilə işləyir. Ön kamera "LG ID" təhlükəsizlik funksiyası və "3D Face Unlock" mexanizminə malikdir. Qurğunun arxa tərəfində 12 və 16 meqapikselli kameralar quraşdırılıb.
Bundan başqa, "LG G8 ThinQ" smartfonu ekrana toxunmadan onu idarə etməyə imkan verən "Air Motion" texnologiyasını dəstəkləyir.
Baza modifikasiyalı "LG G8 ThinQ" smartfonunun qiyməti 820 dollar təşkil edəcək.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL