waplog

Estoniyada mobil telefonla havanın keyfiyyətini ölçmək üçün datçik hazırlanır


Mobil telefonlar, çox güman ki, tezliklə havanın keyfiyyətinə nəzarət edə və sahibini zəhərli maddələrin mövcudluğu haqqında xəbərdar edə biləcəklər. Estoniyanın Tartu universitetinin mütəxəssisləri belə texnologiya üzərində işləyirlər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “tass.ru” saytına istinadən yazır ki, alimlər bu yaxınlarda Barselonada keçirilmiş sərgidə havada zəhərli maddələri müəyyənləşdirən xüsusi datçik təqdim ediblər. Əksər smartfon istehsalçıları bu ideya ilə maraqlanıblar. "Bizim həllimizə maraq kifayət qədər yüksək idi – İnstitutun böyük elmi işçisi Rayvo Yaanison ETV+ telekanalına deyib.”
 
Universitetin bir neçə alimi 5 il olar ki qrafen materialı əsasında hazırlanan yeni qurğu üzərində işləyir. Güman edilir ki yeni qurğu havanın keyfiyyətini avtomatik təhlil edəcək və sahibini bu barədə xəbərdar edəcək.
 
Alimlər sözügedən mobil datçikin 2 il sonra hazır olacağına ümid edirlər.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL