Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi autizm sindromlu uşaqlara növbəti dəstəyini göstərib
BMT-nin Baş Assambleyasının müvafiq qərarına əsasən 2008-ci ildən etibarən hər il 2 aprel tarixi dünyada Ümumdünya Autizm Maarifləndirmə günü kimi qeyd edilir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu gün münasibəti ilə autizm spektr pozuntuları diaqnozlu uşaqlara növbəti dəstəyini göstərib.
Nazirlik autizmli uşaqların reabilitasiya keçdiyi "Birgə və Sağlam" İctimai Birliyinin reabilitasiya mərkəzinə kompüterlər hədiyyə edib.
Məqsəd xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiyası və cəmiyyətə inteqrasiyasına dəstək olmaq, onlara kompüter və İT bacarıqları aşılamaq, onların informasiya texnologiyaları sahəsində peşələrə yiyələnmələrinə şərait yaratmaqdır.
Nazirliyin təqdim etdiyi kompüterlər 70-ə qədər uşağın reabilitasiya keçdiyi mərkəzdə quraşdırılaraq istifadəyə verilib.
"Birgə və Sağlam" İctimai Birliyinin sədri Aytən Eynalova uşaqlarda autizm spektr pozuntuları və ölkəmizdə bu istiqamətdə görülən işlər haqqında məlumat verib.
Bu gün hər 59 uşaqdan biri autizm spektr pozuntuları diaqnozu ilə dünyaya gəlir. Araşdırmalar göstərir ki, xəstəliyin yayılma sürəti hər il təxminən 10 faiz artır. Ölkəmizdə də bu say ildən-ilə çoxalır.
Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi autizm sindromlu uşaqların peşə vərdişlərinə yiyələnməsi və cəmiyyətimizin bərabərhüquqlu üzvləri kimi yetişməsinə daim dəstək olur.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL