waplog

Ən sürətli “Android” smartfonları bəlli olub


Mobil qurğuların məhsuldarlığını qiymətləndirən populyar “AnTuTu” proqramının tərtibatçıları “Android” əməliyyat sisteminin idarəetməsi altında işləyən smartfonların yeni reytinqini dərc edib. Söhbət Çində əlçatan olan smartfonlardan gedir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, reytinqdə yer almış 10 smartfondan 9-u 10 nm-dən nazik texnoloji proses üzrə hazırlanmış prosessorlarla təchiz edilib, yalnız “Nubia Red Magic Mars” ötənilki “Snapdragon 845” prosessoru ilə işləyir.
 
Mart ayında “Xiaomi Mi 9 Transparent Edition” smartfonu reytinqin lideri olub. Bu cihaz 372072 xal, adi “Xiaomi Mi 9” smartfonu isə 371878 xal toplayıb. 365430 xal toplamış “Vivo iQOO” aparatı üçüncü yerdə qərarlaşıb.
 
“Snapdragon 855” prosessoru ilə təchiz edilmiş “Samsung Galaxy S10+” və “Galaxy S10” aparatları 4-cü və 5-ci yerləri tutublar.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL