waplog

“Amazon” peyk üzərindən internetə çıxış üçün sistem yaratmağa hazırlaşır


“Amazon” şirkəti ucqar regionlarda yaşayan istifadəçilərin peyk üzərindən internetə çıxışı üçün öz sistemini yaratmağa hazırlaşır. Bu haqda “GeekWire” nəşri məlumat verib. Jurnalistlər aydınlaşdırıblar ki, ABŞ Federal Rabitə Komissiyası “Amazon”a məxsus “Kuiper Systems LLC” şirkətinin maraqları naminə radiotezlik və orbitlərdən istifadə üçün Beynəlxalq Telekommunikasiya İttifaqına 3 ərizə təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.com” saytına istinadən yazır ki, sənədlərə görə, sistem müxtəlif orbitlər üzərində yerləşən 3236 aparatdan ibarət olacaq.
 
“Amazon”un nümayəndələri “GeekWire” nəşrinə bildiriblər ki, “Kuiper” şirkətin layihəsidir.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL