waplog

Çin məktəblərində şagirdlərin diqqətini yaxşılaşdırmaq üçün cihaz sınaqdan keçirilir


Çində ibtidai məktəblərdən birində şagirdlərin diqqətini yüksəltmək üçün nəzərdə tutulmuş başa taxılan qurğu sınaqdan keçirilir. “Focus 1” adlı cihaz Harvard Universitetinin Beyin Mərkəzinin iştirakı ilə ABŞ-ın “BrainCo” firması tərəfindən işlənib hazırlanıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, “Focus 1” cihazı Xançjou (Çjeszyan əyalətinin paytaxtı) şəhərinin təhsil müəssisəsində sınaqdan keçirilir. Aparat beynin aktivliyini qeydə alan elektroençefaloqrafiya datçikləri ilə təchiz edilib və şagirdin dərsə olan diqqətini müəyyənləşdirməyə imkan verir.
 
Müəllimlər noutbuka quraşdırılmış xüsusi proqram sayəsində şagirdlərin nə dərəcədə diqqətli olmasını, dərsdən yayınma hallarını izləyə bilərlər, həmçinin dərsin sonunda isə 3 ən diqqətli şagirdin adını müəyyənləşdirmək mümkündür.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL