“Facebook” Afrikanın ətrafında sualtı kabel çəkmək niyyətindədir
“Facebook” şirkəti genişzolaqlı internetə çıxış qiymətinin azaldılması və Afrika qitəsində yaşayan sakinlərin sosial şəbəkədə daha asan qeydiyyatdan keçməsi üçün qitənin ətrafında sualtı kabel çəkməyi planlaşdırır. Bu haqda “Wall Street Journal” nəşri məlumat verib.
“ICTnews” Elektron Xəbər Xidməti “news.rambler.ru” saytına istinadən yazır ki, qəzetin məlumatına görə, üç mərhələli "Simba" layihəsi qitənin şərq, qərb və Aralıq dənizi sahillərində yerləşən bir neçə ölkənin ərazisindən keçəcək, hərçənd dəqiq marşrut hələ ki məlum deyil.
“Facebook”un nümayəndəsi bu informasiyanı şərh etməkdən imtina edib, ancaq bildirib ki, şirkət "sualtı kabellərdən söhbət getdikdə bütün dünyanı nəzərdə tutur".
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL