Yarışəffaf ekranlı ilk videoeynək
“Epson” şirkəti noyabr ayının 25-də yarışəffaf ekranlarla olan ilk videoeynəklərin satışlarına başlayacaq. “Moverio” adlanan yenilik 960×540 piksel kəskinlikli 2 ədəd 0,52 düymlü ekranla təchiz olunub.
Formalaşdırılan şəkil ölçüsünə görə 20 metr məsafədən baxılan 320 düymlü paneldəki təsvirin ekvivalentidir. Ekranların yarımşəffaflığı sayəsində istifadəçilər ətrafında nə baş verdiyini görə bilərlər.
“Moverio” videonu adi və “3D” rejimdə canlandırmağa imkan yaradır. “MPEG4/MPEG” – “4 AVC/H.264”, həmçinin “AAC” və “MP3” formatları dəstəklənir. Proqram platforması “Android 2.2” versiyasıdır.
Eynək qulaqcıqlarla, 1 Qb daxili yaddaş, “MicroSD” slot və “Wi-Fi” simsiz əlaqə kontrolleri ilə təchiz edilib. Akkumulyator batareyasının avtonom iş müddəti videoya baxış zamanı 6 saata çatır. Yeniliyi 770 dollara əldə etmək mümkündür.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL